Aparılan mütəmadi işlər sayəsində 2020-ci ildə Mərakeşdə istehsal edilən avtomobillərin sayı 1 milyona çatacaq. Bu da son məqsəd deyil. Ümumiyyətlə, ölkə avtomobil sənayesinin həcminə görə dünyada ilk yeddiliyi hədəf götürüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərakeş Krallığının sənaye, sərmayə, ticarət və rəqəmsal iqtisadiyyat naziri Muley Hafid El Aləmi bəyan edib.
Mərakeşin artıq qlobal avtomobil sənayesi mərkəzi kimi tanındığını deyən nazir bildirib ki, bunun səbəbləri, dövlətin bu istiqamətdə strateji planları, özəl sektorun həmin sahədə fəal iştirakı, xarici sərmayədarlar üçün əlverişli imkanlar və Afrika qitəsinə inteqrasiya amilidir.