23 oktyabr 2017 18:18
636

Kürdəmirdə indiyədək 11 min tondan çox dənlik qarğıdalı yığılıb

Kürdəmir rayonunda hazırda dənlik qarğıdalı yığımı davam edir və indiyədək 11 min tondan çox məhsul əldə olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə 1947 hektar sahədə yazlıq qarğıdalı əkilib. Əkin sahələri ötən ildəkindən 1700 hektar çoxdur. Sahələrin becərilməsində müasir texnologiyaların tətbiqi yüksək məhsul yetişdirməyə imkan verib. İndiyədək 1000 hektaradək sahənin məhsulu yığılıb. Əldə olunan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 min ton çoxdur.