23 oktyabr 2017 18:35
413

Qəbul məntəqələrinə 120 min tona yaxın pambıq təhvil verilib

Oktyabrın 23-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 119 min 740,27 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 21-22-də 8565,64 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 23-dək 18 min 419,40 ton məhsul təhvil veriblər.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 23-nə olan operativ məlumatı təqdim edir.