"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xəttilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, fondun xəttilə 20 min 417 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 882 milyon 394 min 880 manatdan çoxdur.