24 oktyabr 2017 14:31
524

Goranboy fermerləri qəbul məntəqələrinə 3 min tondan çox pambıq təhvil veriblər

Goranboyda bu günədək 3 min 318,30 ton pambıq tədarük edilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu il 5 min hektar sahədə əkilmiş pambıq üçün 4 fermer şirkəti ilə müqavilə imzalanıb. Rayonda pambıq yığımına başlanılandan bəri “MKT İK” MMC 1620 hektar sahədən 1462,2 ton, “CTS Agro” MMC 2500 hektar sahədən 1466 ton, “Goran-Cotton” MMC 836 hektar sahədən 217,5 ton, “Yevlax” MMC isə 44 hektar sahədən 9,8 ton pambıq tədarük edib.

Goranboy rayonunda pambıq yığımı davam edir.