25 oktyabr 2017 18:09
670

Yevlax rayonunun 11 kəndində elektrik təsərrüfatı yenidən qurulur

Yevlax rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayonun Qaraməmmədli, Salahlı, Balçılı, Nərimanabad və Varvara kəndlərində 254 ədəd köhnə dayaq yeni dəmir-beton dayaqlarla əvəzlənib. Salahlı və Balçılı kəndlərində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.

Rayonun Havarlı, Hacıselli, Marzılı, Bəydili, Gülövşə, Əkşəm, Aşağı Salamabad, Yuxarı Salamabad, Aşağı Bucaq, Yenicə, Əcəmi kəndlərində də elektrik təsərrüfatının yenidən qurulması işləri aparılır. Həmin kəndlərdə 0,4 kVa-luq elektrik verilişi hava xətlərinin 3100 ədəd dayağı metal dayaqlarla, 74,4 kilometr elektrik naqili “SİP” kabellərlə əvəz edilib, 41 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. Bu kəndlərə Mingəçevir yarımstansiyasından elektrik enerjisi ötürən 6 kVa-luq 14 və 54 nömrəli fiderlərin 1081 ədəd elektrik dayağı dəyişdirilib, 28,8 kilometr naqil yeni naqillərlə əvəzlənib.