Oktyabrın 25-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 128 min 27,43 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-də 4061,22 pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 19219,20 ton məhsul təhvil veriblər. Biləsuvarda 15097,26 ton, Sabirabadda 12139,23 ton pambıq tədarük edilib.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 25-nə olan operativ məlumatı təqdim edir.