Dünya neft bazarı 2021-ci ildə sabitləşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə BP plc şirkətinin Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsov Azərbaycan jurnalistləri ilə görüşündə bildirib. Ekspert hesab edir ki, OPEC-in neft hasilatını azaltmaq barədə qərarı qiymətlərin sabitləşməsində və dünya üzrə kommersiya neft ehtiyatlarının azalmasında böyük rol oynayıb.
Vladimir Drebentsovun fikrincə, 2018-ci ilin birinci rübünün sonunadək qüvvədə olan Vyana sazişinin müddəti uzadılmalıdır. Onun sözlərinə görə, neft bazarının normal vəziyyətini bərpa etmək üçün sazişdə müvafiq dəyişikliklər edilməli və onun müddəti uzadılmalıdır.