25 oktyabr 2017 21:17
580

Rumıniyalı diplomat: Bakı Şopinq Festivalı ölkədə üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq

Bakı Şopinq Festivalı bura səfər edən turistlərə Azərbaycanın istehsal potensialını görməyə şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku deyib.

Səfir bildirib ki, Bakı Şopinq Festivalı ölkədə üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq: “Bu festival Bakıda ikinci dəfədir keçirilir. Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır. Düşünürəm ki, turistlər daha çox yerli mal alsalar, bu, xammaldan tutmuş hazır məhsul əldə olunana qədər bütün biznes sahələrinə müsbət təsir göstərər. Bu baxımdan yerli məhsulun satışı ölkə iqtisadiyyatında ciddi sıçrayışa səbəb ola bilər”.