16 noyabr 2017 20:34
723

Sərnişin avtobusunda Azərbaycanın qədim dövrünə aid gümüş və mis pullar tapılıb

“BakuBus” MMC-yə məxsus avtobusun salonundan Azərbaycanın qədim dövrünə aid maddi mədəniyyət nümunələri - gümüş və mis pullar tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, bununla bağlı olaraq artıq Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib. Tapılan tarixi eksponatlar qanunvericiliyə uyğun şəkildə aidiyyəti üzrə təqdim olunacaq.