18 noyabr 2017 23:24
965

Azərbaycanın ictimai-siyasi həyatında xidmətləri olan şəxslərə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Hüseynov Tofiq Həsən oğlu

İmamverdiyev Sudeyif Bəşir oğlu.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.