19 yanvar 2018 19:39
1183

Silah və narkotik götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı oradan pnevmatik tapança, lüləsi kəsilmiş “İJ-27” və “Tir” markalı tüfənglər və beş patron, həmçinin çəkisi 945 qram olan tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.