18 aprel 2018 14:22
954

İranın neft şirkətinə məxsus helikopter qəzaya uğradı

İranda helikopter qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə İran körfəzinin Lavan adası ərazisində baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfəritkin düşüb. Xəstə daşıyan helikopterin bir neft şirkətinə aid olduğu bildirilir. İlkin araşdırmalar nəticəsində ölən şəxslərin – xəstə ilə tibb işçisinin cəsədləri tapılıb.

Pilot və köməkçisinin tapılması üçün isə axtarış əməliyyatları başaldılıb.