17 yanvar 2019 15:43
263

Daha 2 erməni hərbçisi minaya düşdü

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: "Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır".

Qeyd edək ki, yanvarın 16-da erməni mətbuati Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.