15 fevral 2019 10:48
2779

Dünyanın ən bahalı şəhərləri...

Ekspertlər tərəfindən dünyanın ən bahalı şəhərlərinin siyahısı 2019-cu ildə  tərtib olunub. Ən bahalı şəhərlər siyahısında liderliyi Honkoq şəhəri edir. Bu barədə “The Business Insider" yazır. İkinci yerdə Kanadanın Vankuver şəhəri, üçüncü yerdə isə Avstraliyanın Sidney şəhəri durur. Ardınca  gələn şəhərlərin adları: Avstraliyanın  Melbrun, ABŞ-ın Santa-Kruz, San-Xose, Los-Anceles, Yeni Zelandiyanın Tauranqa və Oklend, Kaliforniyanın San-Fransisko şəhərləri.

Araşdırmalar zamanı Avstraliya, Kanada, Honkoq, İrlandiya, Yeni Zelandiya, Sinqapur, Böyük Britaniya və ABŞ-da yerləşən 309 bazar sistemində təhlillər aparılıb. Tərtib olunan reytinq üçün aparılan sorğulardan məlum olub ki, “əl çatmaz nəhəng bazarlar" hazırda Çində, Avstraliyada və Yeni Zelandiyada yerləşir.

Bir müddət öncə yaşamaq üçün ən yaxşı ölkələrin siyahısı tərtib olunmuşdu. Bu siyahıya daxil olan ölkələr cəmi 22 min insan üzərində aparılan sorğuya əsasən tərtib edilmişdir.