28 fevral 2020 10:00
1961

Gözlərimizdən 3 növ yaş axmasından xəbəriniz varmı?

Tərkibinə görə insan göz yaşlarının kimyəvi üç tipi mövcuddur:

bazal (adi), reflektorlu və emosional göz yaşları.

Bazal göz yaşları buynuz qişanın qıcıqlanması nəticəsində, yəni toz və bakteriyaların gözə düşdüyü zaman gözümüzdən axan yaşdır.

İkinci tip göz yaşı soğan doğrayarkən, göz yaşardıcı qazdan istifadə olunan zaman gözdən axan göz yaşıdır.

Üçüncü tip emosional göz yaşlarıdır ki, buna həm neqativ, həm də pozitiv emosiyalar zamanı gözdən axan yaşlar aiddir. Emosional göz yaşı spesifik prolaktin hormon tərkibinə görə digər göz yaşlarından seçilir, həm də emosiya nəticəsində yaranan göz yaşları birbaşa ürək ilə bağlı olur. Hiss etmisinizsə insan kədərlənən və ya sevinən zaman ağladıqda ürəkdən sızıltının keçdiyi açıq-aşkar hiss olunur. Üçüncü tip göz yaşı hətta qəribə iyi ilə də digər göz yaşlarından seçilir. Heç bir zaman ağlamamaq arzusu ilə.

Həyat Qəhrimanlı