10 yanvar 2019 20:22
1645

Günəş məhv olduqdan sonra kristala çevriləcək

Britaniyalı alimlər Günəş ulduzu ilə bağlı yeni tədqiqatın nəticələrini “Nature” jurnalında dərc ediblər.

Uorik universiteti alimlərinin qənaətinə əsasən, Günəş məhv olduqdan sonra bərk kristala çevriləcək.

Tədqiqatçıların fikrinə əsasən, 10 milyard il sonra Günəş bahalı daşa çevriləcək.

Alimlər iddia edirlər ki, ağ cırtdan ulduzların materiyasının zaman keçdikcə kristallaşdığına dair məlumatlar əldə ediblər. Bu proses isə belə ulduzların hamısında baş verir. Ağ cırtdan ulduzların dərinliklərində təzyiq çox yüksəkdir. Müəyyən şərtlərdə isə ulduzlar almaza çevrilir.