07 dekabr 2019 10:12
1149

İranda qar səbəbilə məktəblər bağlandı

İranın bəzi vilayətlərində məktəblər şaxtalı və qarlı hava, qripin yayılması səbəbindən fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, İranın Ərdəbil vilayətində 2 gün, Sistan və Bəluçestan vilayətində 3 gün müddətinə bütün məktəblər fəaliyyətini dayandırıb.

İranın Xuzistan vilayətində 1 gün, Qəzvin vilayətində 2 gün, Çahar-Mahal və Bəxtiyari vilayətində 1 gün, Kürdüstan vilayətində 1 gün, Şərqi Azərbaycan vilayətində 1 gün və İsfahan vilayətində 1 gün müddətinə bəzi məktəblər fəaliyyətini dayandırıb.