17 yanvar 2020 09:45
3089

İt fotosessiyada qızın üzünü parçaladı - FOTO

Argentinada qonşusunun iti ilə şəkil çəkdirmək istəyən qız gözsüz və burunsuz qalmaq təhlükəsi ilə üzləşib.

“İki sahil” xəbər verir ki, fotosessiya zamanı it qızın üzünü dişləyib. Xəsarət o qədər ciddi olub ki, qızın üzünə 40-dan çox tikiş qoymalı olublar. Qız hələ də itin onu nəyə görə dişlədiyini bilmir.