17 iyul 2019 10:34
1022

Təsadüfən, amma yaxşı ki, ixtira olundu 

Və yaxud Wi-Fi necə yarandı?

Avstraliyalı alim John O’Sullivan Stiven Hokinqin qara dəliklərin “buxarlanması” və onlardan sonra yaranan radio dalğalar nəzəriyyəsindən ilhamlanaraq nəzəriyyənin düzgünlüyünü sübut etməyə çalışırdı. Bunu edərkən yaranan zəif siqnalların bütün kainata yayılan radio dalğaların səsindən ayırmaqda çətinlik çəkdiyini anladı.

Bu kiçik siqnallar böyük məsafələr qət etmiş və kosmosun qaz və tozlarının təsirindən kiçilmişdi. Dalğaların forması sərt olsa da sanki sünbülü xatırladırdı. Məhz bu səbəbdən O’Sullivan və onun rəhbərliyi altında çalışan tədqiqatçılar radio dalğalarını müəyyənləşdirə və filtr edə bilən xüsusi bir cihaz yaratmağa çalışırdılar.

Aparılan bir neçə tədqiqatdan sonra O’Sullivan və həmkarı riyazi formuldan istifadə edərək cihaz yarada bildilər. O vaxt ətrafdan gələn və maneə törədən siqnalları uzaqlaşdıran, onlara lazımlı siqnalları isə özünə cəlb edən cihaz hazırlanmalı idi. Lakin onlar qara dəliyin radio dalğalarını tapmaqda uğur qazanmadılar.

O’Sullivan 1992-ci ildə kompyuterlərdə simsiz ünsiyyət yarada biləcək bir yol axtarırdı. 

Belə ki, O’Sullivan əvvəlki qara dəlik nəzəriyyəsində apardığı tədqiqatları xatırlayaraq , nəzəriyyə əsasında yaratdığı simsiz cihaz haqqında fikirləşməyə başladı. O’Sullivan daha əvvəl hazırladığı cihazın riyazi formulundan istifadə etdi . Bu zaman O’Sullivan özü də bilmədən müasir dövrdə istifadə etdiyimiz simsiz “Wi-Fi” cihazını yaratmış oldu.

Sonda isə öncə Stiven Hokinqə və onun nəzəriyyəsindən ilhamlanaraq bizə “Wi-Fİ” cihazını bəxş edən John O’Sullivana təşəkkür edirik .

thefactsite.com saytının materialları əsasında hazırladılar:

Leyla Şıxəli ,

Fidan Əlizadə