03 dekabr 2020 23:05
544

Xəstəliklərin qənimi olan möcüzəli dərman

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, bu dərmanı hazırlamaq üçün 3 şeydən istifadə edilir:
* bal
* sarımsaq
* 4-5 %-li alma sirkəsi.
Yuxarıda adları çəkilən təbii vasitələrdən ayrı-ayrılıqda müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Amma onların qarışımından hazırlanan dərman haqqında Çində "Ölünü də ayağa qaldırır" deyə bəhs edirlər. Bu resept qədim Çin xalq təbabətinə aiddir.
Bu qarışımdan bir çox xəstəliklərin müalicəsində istifdə edilir. Qarışımdan ən çox aşağıdakı xəstəliklərin müalicəsi zamanı istifadə edilir:
- yüksək arterial təzyiq
- artrit
- astma
- impotensiya
- sonsuzluq.
Dərmanın onkoloji xəstəliklər zamanı qəbulu şiş toxumasının inkişaf etməsini ləngidir və xəstənin ömrünü uzadır. Dərman qanda olan pis xolesterinin azalmasına və damarların divarlarının təmizlənməsinə səbəb olur.
Dərmandan 2 həftə ardıcıl istifadə edən xroniki xəstələr vəziyyətlərinin xeyli yaxşılaşdığını söyləyirlər.
Dərmanın orqanizmə heç bir mənfi təsiri yoxdur və onu profilaktika məqsədilə qəbul etmək orqanizmin bir çox xəstəliklərə yoluxmasının qarşısını alır.
Dərmanın hazırlamasında aşağıdakılardan istifadə edilir:
alma sirkəsi - 1 stəkan
sarımsaq - 10 diş
təbii bal - 1 stəkan.
Hazırlanması:
Yuxarıdakılar şüşə qaba tökülür, 2 həftə sərin və qaranlıq yerdə ağzı kip bağlı halda saxlanılır. 2 həftə sonra hər səhər acqarına 2 xörək qaşığı, çay və ya su ilə qəbul edilir. Dərman qəbulundan 15 dəqiqə sonra yemək olar.
Dərman qəbulundan sonra orqanizmdə baş verən yaxşılaşmanın şahidi olacaqsınız. Belə ki, dərmanın qəbulundan 5 gün sonra xəstənin oynaqlarında olan ağrılar azalır, zəiflik hissi aradan qalxır, orqanizmin tonusu yüksəlir.Dərman anemiya və yuxusuzluq əlamətlərini aradan qaldırır, xərçəngin ilkin əlamətlərinin azalmasına səbəb olur.
Sağlam adamlar payız mövsümündə profilaktika məqsədilə bu dərmandan içdikdə, qış boyu onlar infeksiya xəstəliyinə yoluxmurlar.