14 may 2019 10:42
1717

Yeməkdən sonra gəzinti faydalıdır

Ramazan ayı insanların qidalanma vərdişlərinin və üstünlük verdikləri qidaların dövri olaraq dəyişəcəyi proseslərdən biridir. Bu dövrdə həmişə olduğu kimi, kifayət qədər və sağlam qidalanma tələb olunur.

Düzgün bəslənmə ilə Ramazan ayını sağlam və artıq çəkisiz keçirmək mümkündür.

Ən əhəmiyyətlisi imsakdır

İmsak insanları oruca hazırlayan ən əhəmiyyətli yemək vaxtıdır. Qan şəkərini balansda saxlamaq üçün vacibdir. İmsakda qovurma, kolbasa, şirniyyat məhsulları, kartof, çox ədviyyatlı, duzlu qidalardan uzaq durmaq lazımdır. Bu növ yeməklər susuzluğa səbəb olduğu üçün oruc tutmağı çətinləşdirir.  İmsakda çox yeməkdənsə, daha gec həzm olunan, daha uzun müddət tox tutan qidalara üstünlük verilməlidir. İmsakda bütün taxıl məhsulları, buğda çörəyi, çovdar və ya kəpək çörəyi, süd məhsulları, yumurta, qoz, badam, quru meyvələr, zeytun yağı ilə bişmiş pomidor, şəkərsiz kompot, təzə tərəvəz və meyvələr istehlak edilməlidir. Ağ undan hazırlanmış tort, keks kimi şəkərli qidalardan uzaq durmaq lazımdır.

Orucu açdıqdan 15 dəqiqə sonra əsas yeməyə keçin

İftarın vaxtı gəldiyi zaman bütün gün boş olan mədə tez yüklənməməlidir. Yemək tez-tez yeyildikdə artıq çəki, ürəkbulanma, mədədə yanma və qəbizlik kimi problemlər müşayiət edilə bilər. Bunun qarşısını almaq üçün oruc su və xurma ilə açılmalıdır. Bundan sonra bir dilim pendir, 2 ədəd zeytun və ya 2 ədəd qoz yemək daha faydalı ola bilər. Sonra yarım porsiya şorba istehlak edilməlidir. Taxıl çörəyinin bir hissəsi istehlak edilə bilər. İftar istehlakından ən azı 15 dəqiqə sonra əsas yeməyə keçmək uyğundur.

Normal yuxu rejimi şərtdir

Ramazan ayında müntəzəm yuxu rejimi ilə orqanizm zərərli maddələri aradan qaldırır, özünü yeniləyir, həzm sistemi istirahət edir, orqanlar yenilənir.

Su ehtiyacınızın qarşılandığından əmin olun

Yetkin şəxs gündə 1,5-2 litr su istehlak etməlidir. Bununla birlikdə, iftar və imsak yeməkləri arasında mövsümün isti olacağı və uzun müddətli aclıq dövründə gündə 2-2,5 litr su ehtiyacının olduğu qarşıya qoyulmalıdır. Bu səbəblə oruc tutan şəxslərin sulu yemək yemələri vacibdir. Təzə və ya quru meyvə və şəkərsiz hazırlanmış kompot yardımçı ola bilər. Yeməkdən sonra yüngül tempolu 30-45 dəqiqəlik gəzinti metabolizmin yavaşlamasına maneə törədir.

İftardan ən azı 1 saat sonra çay için

Orqanizmdəki dəmiri udması və bədənin istifadəsi üçün yeməkdən sonra bitki çaylarına üstünlük verilməlidir. Çay və qəhvə iftardan ən azından bir saat sonra içilə bilər. Çay mümkün olduqda açıq və limonlu olmalıdır. Türk qəhvəsi isə şəkərsiz içilməlidir.

Röya Rasimqızı, “İki sahil”