13 dekabr 2019 12:40
1535

Yeni il mahnılarının tarixçəsi

Bu  Yeni il mahnılarından hansını Yeni il gecəsi  şənliyində  dinləyəcəksən?  Bu dövrə qədər gəlib çatan və hər yeni ildə sevə-sevə dinlənilən mahnılarla tanış olaq:

Klif Riçardın “Mistletoe and Wine” (Bağambürc ağacı və şərab) (1988)

Bu mahnı “Kiçik kibritçi qız” qısa hekayəsindən  götürülüb və mahnının bir hissəsidir.  Mahnı Yeni il ilahilərini  ( 1872-ci ildə  şəhər küçələrində bir qrup insanların oxuduğu dini musiqilərdir) və dini əks etdirir. Bu, Klif Riçardın 1 nömrəli əsəri hesab olunur və Riçard bu mahnıya nə az, nə çox 4 gün vaxt sərf edib və mahnının 750000 nüsxəsi satılıb.

Johnny Mathisin “When A Child Is Born” mahnısı   (1976)

Bu mahnının orijinal melodiyası 1972-ci ildə yayımlanan “Soleado”dur. Mahnıda  Miladdan bəhs olunmasa da, İsa Məsihin doğulması ilə əlaqəli sitatlar var. Bu, Johnny Mathisin ilk ən çox sevilən mahnısıdır  və  850000 nüsxəsi satılıb.

Bing Crosbynin “White Christmas” mahnısı (1942)

 Mahnının original versiyası  Irving Berlin tərəfindən yazılıb və Yeni il mahnısıdır.  Mahnının  Bing Crosby tərəfindən ifa edilən versiyası  ən çox satılan  versiya olmuşdur.  Butün dünyada mahnının 50 milyon nüsxəsi satılıb.

Sleydin “Merry XMas Everybody” mahnısı  (1973)

Bu mahnı Sleydin ən çox satılan və ən son sevilən mahnısı olub. 1973-cü ildə sözügedən mahnı  7 həftə İrlandiyada, 9 həftə isə  Birləşmiş Krallıqda reytinqlərdə birinciliyini qoruyub saxlayıb. 2012-ci ilin noyabr ayında 1.19 milyon nüsxəsi satılıb.

Müxtəlif müğənnilər tərəfindən ifa edilən  “Do They Know It’s Christmas?”parçası (2004)

Bu mahnının yeni versiyasını Coldplay rok qrupunun  vokalisti Chris Martin ifa edir. Bono, Pol Makkartni və Corc Maykl yenidən mahnının  orijinal  versiyasını ictimaiyyətə təqdim edirlər. Mahnının  24 saat ərzində 72000 nüsxəsi  satılır və 4 həftə boyunca reytinqlərdə birinciliyini qoruyub saxlayır.

Harry Belafonte tərəfindən ifa edilən  “Mary`s boy child” (Məryəmin oğul övladı ) (1957)

Mahnı Milad axşamlarında təşkil olunan dini mərasimlərdə ifa olunurdu. Daha  sonra Harry Belafonten mahnını   “To Wish You a Merry Christmas”  albomuna daxil edir və  mahnının 1.18 milyon nüsxəsi satılır.

Whamın  “Last Christmas”  mahnısı (1984) 

Wham mahnıdan əldə etdiyi qazancı  Efiopiyadakı aclıqdan əziyyət çəkənlərə  bağışlayıb.  Mahnının 1 milyon nüsxəsi satılsa da, reytinqlərdə birincilik əldə edə bilmir.

Leyla Şıxəli Bayramlı, “İki sahil”