ABŞ-ın xam neft ehtiyatları yenidən artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,8 milyon barrel (1,7 faiz) artaraq 414,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 1,4 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 233,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,6 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,9 milyon barrel artmışdı.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir