16 yanvar 2019 11:14
2148

Öskürək dərmanı əvəzinə bu meyvəni alın və...

Ananasın tərkibi vitamin C, manqan, vitamin B6, mis, tiamin, folat, kalium və maqnezium kimi vitaminlər və minerallarla zəngindir. Bunlardan başqa tərkibində  müxtəlif dərman tətbiqləri üçün geniş istifadə olunan bromelain adlı ferment də var. Bu bioaktiv birləşmələrə görə insanlar sadəcə ananas yeyərək sağlamlıq cəhətdən  çox fayda əldə edə bilərlər.

Həzm sistemini yaxşılaşdırır. Ananas qəbizlik və digər bağırsaq problemlərini sağaldan liflərlə zəngin olduğu üçün çox faydalıdır. Həmçinin ananasın tərkibindəki  bromelain zülalı parçaladığı üçün orqanizm tərəfindən çox rahat qəbul olunur.

Öskürək üçün çox faydalıdır. Aptekdən öskürək dərmanı almaq əvəzinə meyvə mağazasından ananas almaq daha yaxşı üsuldur. Ananas dadlı olmaqdan da əlavə öskürək dərmanlarından 5 qat daha faydalıdır. Ananasın tərkibində  C vitamini olduğu üçün  immuniteti gücləndirir. Bundan əlavə, ananas infeksiyalarla mübarizə aparmaq və bakteriyaların yox edilməsinə kömək edən güclü antiinflamatuar xüsusiyyətlərə malikdir.

Sümükləri gücləndirir.  Ananasın az bilinən faydalarından biri, sümük sağlamlığının yaxşılaşdırılmasına kömək etməsidir. Tərkibindəki manqan maddəsi sümüyün inkişafına və bərpasına kömək edir.

Ağız sağlamlığı üçün faydalıdır.  Ananasın tərkibi florid və ağız sağlamlığı üçün istifadə olunan maddələrlə zəngindir. Bu maddələr diş ətlərini gücləndirməyə və ağız xərçənginə qarşı qorunmağa kömək edən güclü büzücü və antioksidant xüsusiyyətlərə malikdir.

Qan dövranını artırır. Ananasda zəngin digər minerallardan biri də  qırmızı qan hüceyrələrinin formalaşması üçün zəruri olan misdir. Orqanizmin müxtəlif hissələrinə oksigen ötürməsi üçün kifayət qədər qırmızı qan hüceyrələrinin olması vacibdir.

Yaraların tez bir zamanda sağalması üçün çox faydalıdır. Tərkibindəki C vitamini zədələnmiş toxumaların təmiri üçün vacib olan kollagenin istehsalında iştirak edir. Bu meyvəni yeyərək yaralarınızı sağalda və infeksiyalardan qoruya bilərsiniz.

Artrit əlamətlərinin azaldılmasına yardımçı olur. Artritdən əziyyət çəkən xəstələrin antibakterial təsirləri olan bəzi xəstəliklərinin simptomlarını yüngülləşdirə bilər. Bu fayda tərkibindəki bromelanın fermentinə aid edilir.

Qan təzyiqinin qorunması üçün faydalıdır. Ananas yeyərək qanın tərkibindəki potasiumun miqdarını da tənzimləyə bilərsiniz.

Xərçəngin qarşısını alır.  Ananasda tapılan müxtəlif tərkibli maddələr arasında manqan xüsusən xərçəngin qarşısının alınması üçün faydalıdır. Bunun səbəbi antioksidant ferment superoksid dismutaza istehsalında manqanın rol oynamasıdır. Bu fermentin köməyi ilə, orqanizmdəki xərçəngə səbəb olan sərbəst hüceyrələrin  sayı xərçəng riski ilə birlikdə aşağı enir.

Röya Rasimqızı