27 avqust 2019 16:23
1089

Şərurda stolüstü tennis üzrə şəxsi birincilik keçirilib - FOTO

Avqustun 27-də Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyi, Təhsil Şöbəsi və Şərur rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında rayon gənclərinin və yeniyetmələrin iştirakı ilə stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.

“İki sahil” xəbər verir ki, 16 idmançının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçirilib.

Yarışda Sənan Məmmədov birinci, Vüsal Hacıyev ikinci, İsmayıl Süleymanov üçüncü yerə layiq çıxıb, Elsən Quliyev isə mübarizəsi ilə fərqlənib.

Sonda qaliblərə və fərqlənənlərə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis etdiyi diplom və hədiyyələr təqdim olunub.