01 may 2025 17:21
180

Yamal Qavinin rekordunu qırdı

"Barselona"nın cinah oyunçusu Lamin Yamal klub tarixinin rekorduna imza atıb.

“İki sahil” xəbər verir ki, 17 yaş 291 günlük hücumçu bunu ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə oyunda (3:3) meydana çıxmaqla bacarıb.

Lamin Kataloniya təmsilçisinin heyətində keçirdiyi matçların sayını 100-ə çatdırıb. Nəticədə o, "Barselona" tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.

Əvvəlki rekord Qaviyə məxsus idi - 19 yaş 29 gün.

Qeyd edək ki, Yamal bu 100 matçda 21 qol vurub və 33 məhsuldar ötürmə verib.