"Bu gün Auditorlar Palatasında "Audit xidməti haqqında” qanunun qəbulunun 25 illik yubileyi ilə bağlı tədbir keçirilib".
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Palatanın sədri Vahid Novruzov açıb.
O bildirib ki, sözügedən qanun Azərbaycanda audit sahəsinin tənzimlənməsində mühüm rol oynayıb.
“Hazırda Azərbaycan Auditorlar Palatası 30-dan çox ölkənin müvafiq qurumu ilə əməkdaşlıq edir, auditorların inkişafı üçün xarici təcrübəni mənimsəyir”, - V.Novruzov əlavə edib.