17 sentyabr 2019 12:57
808

AFFA hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza verib

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Ağsu"nun futbolçusu Ceyhun Rəcəblini 4 oyunluq cəzalandırıb. 

"Report"un məlumatına görə, buna oyunçunun II turda "Səbail-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub. Əyalət təmsilçisi bunun üçün 320 manat məbləğində cərimələnib. 

Qeyd edək ki, qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.