Ermənistanda növbəti hərbi təlimlər 20 oktyabr - 30 noyabr tarixlərində ehtiyatda olan kadrların iştirakı ilə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib.
Hökumətin yeni qərarını şərh edən müdafiə naziri David Tonoyan isə bildirib ki, ehtiyatda olan hərbi kadrların təlimləri əvvəllər gizli şəkildə keçirilirdi.
Hökumətin yeni qərarı ölkədə səfərbərlik və Silahlı Qüvvələrdə canlı qüvvə çatışmazlığı iddiasının yayılmasına yol açıb. Baş nazir Nikol Paşinyan isə bundan sonra açıqlama yayaraq, cəmiyyəti narahat olmamağa çağırıb.
Əlavə edək ki, sentyabrın 24-də Ermənistana başlayan hərbi təlimlərə də ehtiyatda olan kadrlar və mülki vətəndaşlar cəlb olunmuşdu.