09 fevral 2020 12:37
1074

Səsvermə prosesi üçün yaradılan şəraitdən çox razıyam

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər uğurla davam edir.

29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Lalə Əliyeva səsvermənin şəffaf şəraitdə keçirildiyini bildirib. O qeyd edib ki, seçki məntəqəsində 1161 seçici qeydiyyata alınıb. Burada vətəndaşların sərbəst seçim etmələri üçün bütün lazımi şərait yaradılıb. Məntəqədə veb-kamera quraşdırılıb.

Səsvermə saat 8.00-da başlanıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Seçkilərlə bağlı fikirlərini bölüşən seçici Andrey Marinçenko deyib: “Səsvermə prosesi üçün yaradılan şəraitdən çox razıyam. Hər kəs öz iradəsini azad şəkildə ifadə edə bilir, parlamentə layiq hesab etdiyi namizədə səs verir. Mən də öz seçimimi etdim”. //AZƏRTAC