10 sentyabr 2020 14:25
1319

Zaur Hacı-Məhərrəmov Avropa Liqası oyununda

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

“İki sahil” AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Qazaxıstanın Çimkənd şəhərindəki Kajımukan Munaytpasov adına stadionda keçiriləcək “Kaysar” – APOEL (Kipr) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.