Miqren, hər yaş qrupundakı insanlarda, xüsusən də böyük şəhər həyatının təlaşına qapılan insanlar arasında beyində şiddətli bir ağrı olaraq ortaya çıxır. Miqren əsasən irsi və xroniki olur. Bəs miqrenin əlamətləri nələrdir və necə müalicə olunur?
Miqren niyə yaranır?
Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda "insanı dəli edəcək ağrı" kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb.
MİQRENİN ƏLAMƏTLƏRİ NƏDİR?
Miqren dərmanları arasında miqrenə birbaşa təsir edən vasitə olmasa da bir neçə bitkilərlə müalicə üsulundan istifadə olunur.İlk öncə isə miqren simptomlarına nəzər salaq
Başın xüsusilə sabit bir nöqtəsində çox güclü ağrı
İşığa və səsə qarşı yüksək həssaslıq
Bulantı və qusma
Yuxusuzluq və yorğunluq hissi
Bulanık görmə, qaranlıq, başgicəllənmə
Simptomundan asılı olmayaraq ağrının şiddətlənməsi
Miqren ağrısının qarşısını ala bilən üsullar aşağıdakılardır:
Siqaret və tütün məhsullarındakı nikotin, asılılıq yaratmasına görə miqrenə mənfi təsir göstərir.
Spirtli içkilərdən çəkinmək lazımdır.
Kofein, nikotinə bənzər asılılıq yaradan bir maddədir. Bu səbəbdən miqren ağrıları üzərində artımına təsiri olacaqdır.
Qeyri-müntəzəm yuxu saatları və nizamsız pəhriz bədənin tarazlığının pozulması səbəbindən miqrenə qarşı həssaslıq yaradacaqdır.
Xroniki miqren ağrıları sıx məşq proqramları olan idmançılarda tez-tez görülə bilər. Bu səbəbdən ailəsində genetik miqren problemi olan idmançıların mütəxəssis rəyini öyrənməsi və bəslənmə proqramlarını buna uyğun tənzimləməsi vacibdir.
Susuz qalmaq bədənin miqrenə qarşı həssas olmasına səbəb olan hallardan biridir. Bu səbəblə bədəndəki maye balansını qorumaq, bol miqdarda maye istehlak etmək və susuzluq yaradacaq yağlı və ədvalı qidalardan çəkinməyin miqrenə qarşı müsbət təsiri olacaqdır.
Stress və uzun iş saatları, xüsusilə şəhər həyatında bir çox insanda miqreni artırdığı düşünülən amillərdəndir.
MİQREN AĞRILARINI AZALDA BİLƏCƏK BƏZİ ÜSULLAR
Miqrenə qarşı ən təsirli üsullardan biri lavanda yağı istifadə etməkdir. Tarix boyu lavanda yağının baş ağrısını aradan qaldırmaq üçün təsiri üçün istifadə edildiyi bilinir. Tövsiyə olunan istifadə isə 10-12 damla lavanda yağını isti suya tökmək və buxar halında nəfəs yolu ilə qəbul etməkdir.
Aloe vera təbiətdəki möcüzələrdən biridir. Aloe veranın bir çox yerlərdə istifadəsi və baş ağrısına qarşı təsiri onu miqrenə qarşı ən çox tövsiyə olunan bitkilərindən birinə çevirir.
Sarıkök miqrenə qarşı tövsiyə olunan qidalar arasındadır. Hər iki məhsulun qan damarlarına təzyiq azaldıcı təsiri və miqren üçün yaxşı ola biləcək nəticələri vardır.
Samirə İsmayılova, “İki sahil”