28 noyabr 2020 14:55
825

Yerevanda əsgər anaları növbəti aksiya keçirir

Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri Yerevanda növbəti etiraz askiyasına toplaşıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, valideynlər Laçının yaxın günlərdə Azərbaycana qaytarılması ilə əlaqədar övladlarının tezliklə Ermənistana qaytarılmasını tələb edirlər.

Aksiya iştirakçıları tələblərinə cavab alanadək etirazları davam etdirəcəklərini bildiriblər.

Ötən gün etirazçılarla baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı o, valideynlərə noyabrın 30-dək gözləməyi tövsiyə edib.