Münaqişənin başlandığı ərəfədə bir sıra ölkələrin xüsusilə - Türkiyə və Pakistan Vəkillər Kollegiyaları tərəfindən ölkəmizin haqq işində dəstək müraciətləri Kollegiyaya göndərilib.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, hətta həmin təşkilatlar münaqişə nəticəsində zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərilməsi barədə niyyətlərini bəyan ediblər:
"Bundan baqşa, Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq İran İslam Respublikasının Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının dəstək məzmunlu Bəyannaməsi qəbul edib".