25 yanvar 2021 10:10
746

ABŞ və Fransa prezidentləri razılığa gəldi

ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Macronla telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Co Bayden ABŞ-ın NATO və Avropa İttifaqı da daxil olmaqla, transatlantik münasibətləri yaxşılaşdırmaq niyyətini ifadə edib.

Telefon danışığı zamanı liderlərin iqlim dəyişikliyi, koronavirus, qloal iqtisadiyyatın bərpası kimi ortaq problemlərin həlli istiqamətində sıx əməkdaşlığın zəruriliyi barədə, həmçinin, Çin, Orta Asiya və Rusiya kimi xarici siyasət prioritetləri üzərində birlikdə işləmək barədə razılığa gəldikləri qeyd edilib.