Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınız zaman şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.
Meyvə
Qramında 1 kalori enerji olan meyvələr dadlı olduğu qədər tox tutmaq xüsusiyyətinə də malikdir. Xüsusilə alma, ərik kimi lif miqdarı çox olan meyvələri yeyərkən uzun müddət acmırsınız. Şirniyyat yemək istəyiniz yarandığı zaman bananı incə-incə doğrayın, üstünə bir çay qaşığı üyüdülmüş hindistan qozu və ya darçın səpib yeyin.
Yağsız toyuq və hinduşka
Gündə bir pors ət yeməyi xoşlayırsınızsa, kalorisi az olan ağ ət yaxşı bir seçim olar. Ancaq toyuq və ya hinduşska əti yeyərkən yağlı olduğundan dərisini yeməməlisiniz. Bunları bişirərkən yağ, sous kimi əlavələr etməməyə diqqət yetirməlisiniz.
Yağsız balıq
Bir çox yağsız balıq növünü pəhriz saxladığınız müddətdə hər gün yeyə bilərsiniz. Lakin arıqlamaq istəyirsinizsə, balıq qızartmasından uzaq durmalısınız. Balığı yalnız tərəvəzlərlə birgə falqa kağızında sobada və ya manqalda bişirməlisiniz.
Kəpəkli makaron
Makaron kökəldirmi? Bu, çəki problemi olan hər kəsi maraqlandıran bir sualdır. Xeyr, makaron, xüsusilə də kəpəkli unda hazırlanmış makaron kökəltmir, sadəcə makaronun yanında yeyilən sous kökəldir. Kəpəkli makaronun 100 qramında 130 kalori var. Kəpəkli makaronu qaynadılmış yaşıl mərcimək və təzə göyərtilərlə qarışdıraraq dadlı bir salat hazırlayıb yeyə bilərsiniz.
Kartof
Kartofun da kökəlməyə səbəb olduğu düşünülür. Halbuki, 100 qram kartofda sadəcə 70 kalori var. Həmçinin tərkibində bir çox vitamin və minerallar var və uzun müddət tox tutur.
Salat
Pəhriz saxlayanların xoşlamadığı qidalardan biri də salatdır. Ancaq salat doyumlu olduğuna görə bir çox dietlərdə mütləq istifadə olunmalıdır. Salatı yeməklə birgə deyil, yeməkdən əvvəl yeyin. Bununla doyduğunuzu hiss edəcək və yeməyin yarısını yeyəcəksiniz.
Bulqur
Ağ düyü şəkəri tez yüksəltdiyinə görə tez də acdırır. Buna görə pəhriz müddətində müddətdə düyü yerinə bulqurdan istifadə edin. Bol pomidorla bişirilən bulqur plovu və yanında qatıq yeməklə uzun müddət tox qalacaqsınız.
Samirə Tağıyeva, "İki sahil"