16 iyul 2025 12:00
113

Məleykə Abbaszadə: İl ərzində 12 mövzu üzrə ictimai müzakirə aparılacaq

Bundan sonra hər ay ictimaiyyəti ən çox maraqlandıran suallar və mövzular əsasında bir gün ictimai müzakirə keçirəcəyik.

“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, müzakirə olunacaq mövzular avqust ayının əvvəlində elan olunacaq: “Həmin mövzu üzrə açıq görüş təşkil olunacaq. İl ərzində 12 mövzu üzrə ictimai müzakirə aparılacaq”.