24 fevral 2021 03:16
372

Kişi ehtiyyatsızlıqdan xəsarət alıb

Bakının Səbail rayonunda kişi ehtiyyatsızlıqdan xəsarət alıb.

"İki sahil" xəbər verir ki, hadisə Fərman Qurbanov küçəsi, ev 48 ünvanında baş verib. 1983-cü il təvəllüdlü Hüseynov İntiqam iş görərkən o, yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman elektrik cərayanı onu vurub. İ.Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.