26 fevral 2021 22:06
1119

Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

"İki sahil" bildirir ki, fevralın 26-da qızılın qiyməti fevralın 25-i ilə müqayisədə 48,79 manat (1,6 faiz) azalaraq 1 unsiya üçün 3 007,861 manat təşkil edib.

Gümüş 1,2417 manat (2,6 faiz) ucuzlaşaraq 1 unsiya üçün 46,4378 manata bərabər olub. Platinin qiyməti 71,9015 manat (3,34 faiz) azalaraq 2 079,576 manat, palladiumun qiyməti 28,866 manat (0,7 faiz) azalaraq 4 120,171 manat təşkil edib. Bir ay ərzində bir unsiya qızıl 155,176 manat (4,9 faiz) ucuzlaşıb, gümüş 3,2958 manat (7,6 faiz) bahalaşıb, platin 224,179 manat (12,1 faiz) bahalaşıb, palladium 142,7745 manat (3,6 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 215,951 manat (7,7 faiz) bahalaşıb, gümüş 15,6483 manat (50,8 faiz) bahalaşıb, platin 494,275 manat (31,2 faiz) bahalaşıb, palladium 512,414 manat (11,1 faiz) ucuzlaşıb.