01 mart 2021 15:12
1175

Bakı-Quba yolunda ağır qəza: ölən var

Bakı-Quba yolunda ağır yol qəzası olub.

"İki sahil" xəbər verir ki, hadisə Xızı rayonu, Sitalçay kəndi ərazisində qeydə alınıb. "İveco" markalı yük avtomobili və "Беларус" markalı traktorun toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.