05 oktyabr 2025 12:39
117

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.

Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.