04 mart 2021 10:11
815

Koronavirus insan bədənində aylarla qala bilər

Amerikalı həkimlər yeni növ koronavirus infeksiyasının insan bədənində aylara qaldığını aşkar ediblər.

"İki sahil" xəbər verir ki, bu barədə “medRxiv” portalı məlumat yayıb.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları leykozdan əziyyət çəkən üç xəstədə virusun izlərini altı aydan sonra müəyyən ediblər. Söhbət gəncdən, həm də məktəbəqədər yaşda olan oğlan və qızdan gedir.

Mütəxəssislər bildiriblər ki, immun sistemi zəif olan insanlar koronavirus infeksiyasına qarşı çox həssasdırlar. Bədəndə virusun “əbədi” olması yeni mutasiyaların antikorlara qarşı güclü olma ehtimalını artırır.