04 mart 2021 10:20
1041

Şəhid ailələri hər zaman diqqətdədir FOTO

Martın 2-si, 3-ü tarixlərində YAP Cəlilabad Rayon Təşkilatının sədri M.Mirxaslının  rəhbərliyi ilə Rayon Təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü, Astanlı kənd ərazi ilk partiya təşkilatının sədri  Ziya Qürbətov, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin işçisi İsa Abdullayev və Rayon Bölgə Təcrübə Stansiyasının direktoru Şahlar Əsədullayev  “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Privolnoye kəndində şəhid Bağırov Elnur Zeynal oğlunun, Əkbərov İbarət Faiq oğlunun, Ağabalayev Sadiq Nadir oğlunun, Kazımabad kəndində Bədirov Murad Qismət oğlunun ailə üzvlərini ziyarət etmiş, ailələrə baş sağlığı vermiş, şəhidlərə rəhmət diləmiş, ailələrin qayğıları, problemləri ilə maraqlanmış və həlli istiqamətində  mümkün tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlar qarşısında  məsələ qaldırılacağını bildirmişlər.

"İki sahil" xəbər verir ki, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmiş, Vətən sağ olsun demişlər.