06 mart 2021 20:23
1260

YAP Daşkəsən rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirib FOTO

YAP Daşkəsən rayon təşkilatının qərargahında bir qrup YAP fəalı qadınla görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə 5 mart 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının 7-ci qurultayından, ölkə Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin çox geniş,  məzmunlu və proqram xarakterli nitqindən irəli gələn məsələlər müzakirə olunub.

Şəhid ailələri,  müharibə əlilləri və gənclərlə aparılacaq işlər, keçiriləcək tədbirlər müəyyən edilərək, tədbirlər və iş planı işlənib hazırlanıb.

Yekunda görüşdə iştirak edən qadınlara bayram münasibəti ilə mükafat verilib.