Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
"İki sahil" xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda səfərdə “Rux”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Millimizin üzvü Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana daxil olub.
“Minay” 21 turdan sonra 15 xalla 14 komanda arasında sonuncu pillədə qərarlaşıb.