ABŞ-da son sutka ərzində daha 46 378 nəfər koronavirusa yoluxub, 283 pasiyent dünyasını dəyişib.
"İki sahil" xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilib ki, ABŞ-da epidemiyanın başlanğıcından bəri 31 milyondan çox yoluxma halı aşkarlanıb, pandemiya qurbanlarının sayı 562 min nəfəri keçib.