12 aprel 2021 17:06
840

Türkiyədə işsizlərin sayı bir ayda 250 min nəfər artıb

Türkiyə Statistika İnstitutu  işsizlik göstəricilərini açıqlayıb. 

"İki sahil" xəbər verir ki, Türkiyədə işsizlərin sayı 2021-ci ilin fevral ayında bir əvvəlki aya görə 250 min nəfər artaraq 4 milyon 236 min nəfər olub.

İşsizlik nisbəti 0,7 bənd artımla 13,4 səviyyəsində qərarlaşıb.

Məşğul olanların sayı fevral ayında yanvarla müqayisədə 22 min nəfər azalaraq 27 milyon 477 min nəfər oldu və məşğulluq nisbəti 0,1 bənd azalaraq 43,4 faiz təşkil edib.

İqtisadi fəal əhalinin sayı isə  fevralda əvvəlki ayla müqayisədə 226 min nəfər artaraq 31 milyon 712 min nəfərə çatın və işçi qüvvəsinin iştirak nisbəti 0,3 bənd artaraq 50,1 faiz olub.