16 aprel 2021 13:08
643

Ermənistan ordusunun daha bir gənc əsgəri “dedovşinanın”  qurbanı olub

Ermənistan ordusunda mövcud olan neqativ hallar, çatışmazlıqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında qanunazidd münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyan daha çox xidmət edən “dedlər” tərəfindən amansızlıqla döyülüb. Müxtəlif ciddi bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən R. Minasyan yenidən belə təzyiqlərlə üzləşmək qorxusu səbəbindən heç kimdən şikayətçi olmayacağını bildirib.

Hadisəni ört-basdır  etməyə çalışan hissə komandanlığı tərəfindən faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq mühafizə orqanlarına məlumat verilməyib.