16 aprel 2021 14:58
638

Hava nəqliyyatı ilə sərnişindaşıma 72 faiz azalıb

Yanvar-mart aylarında hava nəqliyyatı ilə 122,3 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 72 faiz az sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, daşımaların 99 faizi dövlət, 1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.